!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baha satılan qida MƏHSULLARI: "Bəzən qiymətlə keyfiyyət üst-üstə düşmür"

!Reklam – Yazi

Çox zaman aldığımız məhsulların qiymətinin baha olmasından şikayətlənirik.

Bəs ucuz məhsulları keyfiyyətli hesab etmək olar? Məhsulların qiyməti ilə keyfiyyəti nə dərəcədə uyğundur?

Bununla bağlı Yenicag.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, məhsulların qiyməti ilə keyfiyyəti çox zaman üst-üstə düşmür.

O qeyd edib ki, insanlar ilk olaraq qiymət bahadırsa, o məhsulun keyfiyyətli olduğunu düşünürlər. Amma yerli bazarlara baxsaq, mövsümi yerli meyvə-tərəvəz həm ucuzdur, həm də sağlam qidadır. Eyni zamanda daha faydalı və keyfiyyətlidir. Xaricdən gətirilən, mövsümi olmayan meyvə və tərəvəzlər daha bahadir və heç də keyfiyyətli, sağlam qida hesab olunmur:

“Məhsullar süni şəkildə yetişdirildiyi və uzaq məsafəni qət edə bilməsi üçün müəyyən kimyəvi müdaxilələr edilir. Bu da onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Həmin meyvə-tərəvəzlər faydalı olanlardan qat-qat baha satılır ki, bu da qiymətlə keyfiyyətin üst-üstə düşmədiyini göstərir.

Mağazalarda kərə yağı adı altında 3-5 manata, hətta daha ucuz qiymətə satılan yağlar var. Bu yağların təbii keyfiyyətli kərə yağı olması sual altındadır. Çünki o qədər məhsuldan istifadə olunub təbii kərə yağı hazırlansaydı, bu qiymətə olmazdı. Bir kiloqram kərə yağını almaq üçün təxminən 20-25 litr süddən istifadə olunur. Südün bir litrinin qiyməti ilə hesablasaq, o zaman burda zəhmət çəkilən insan əməyi və istehsal prosesi daşıma xərcləri və bir çox məqamlar hesablandıqda 1 kq yağın qiyməti ən azı 30 manata yaxın olmalıdır.

Həmçinin də ət məhsullarından bir nümunə göstərək, 1 kq keyfiyyətli ətin çəkisi 14-20 manat arasında dəyişir. Bəzən satışda 3-4 manata ət məhsulları qarşımıza çıxır. Bu zaman onun xəstə və ya ölü heyvan olması və yaxud ənənəvi yemək üçün uyğun olmayan heyvan ətinin olması güman edilir. Artıq bəlli olur ki, bu qiymətə keyfiyyətli ətin alınması mümkün deyil və bu nümunələri bir çox məhsullar üzərində də göstərə bilərik. Məhsulda keyfiyyət göstəricisi qiymət olmamalıdır”.

Nuray Məmmədzadə

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv