Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bakcell"in rəhbəri dəyişdi - FOTO

“Bakcell” MMC-nin baş direktoru dəyişib.

Yenicag.az xəbər verir ki, Nikolay Beckersi Rainer Rathgeber əvəz edib.

Rainer Rathgeber öz vəzifə səlahiyyətlərinin icrasına may ayında başlayacaq.

Qeyd edək ki, N.Beckers 2016-cı ilin mayından etibarən həmin vəzifəni icra edirdi.

R.Rathgeber Avropa və Asiya ölkələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Almaniyada “Deutsche Telekom AG” strukturlarında rəhbər vəzifələrində çalışan cənab Rathgeber “T-Mobile International AG”də vitse-prezident, “T-Mobile Croatia”da baş icraçı direktor, “Croatian Telekom”da mobil rabitə biznesi üzrə baş əməliyyat direktoru, “OTE Group Greece” və “Romtelecom Romania”da Direktorlar Şurasının üzvü olub. O həmçinin, Abu Dabidə “Etisalat Groupd”da baş kommersiya direktoru, Nigeriyanın “EMTS” şirkətinin və Pakistanın “PTCL” və “Ufone” şirkətlərinin Direktorlar Şurasının üzvü, Pakistanın “Ufone” şirkətində baş icraçı direktor, Pakistanın “Ubank” təşkilatında (PTCL qrupunun hissəsi) Direktorlar Şurasının sədri kimi vəzifələrdə çalışıb.

Loading...

www.yenicag.az

2954
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100