Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 21-22 oktyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə reyslər təyin edib.

Yenicag.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilir ki, qatar Bakıdan Ağstafa istiqamətində 08-25-də, əks istiqamətdə isə 17:00-da yola düşəcək.

Bununla yanaşı, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 17:30-da yola düşür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600