Bakı Ali Neft Məktəbi İBM şirkəti ilə əməkdaşlıq edəcək

media-hightechnic-468x90

95994Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros, İBM şirkətinin Azərbaycan üzrə rəhbəri İlya Kravtsov və İBM şirkətinin əməkdaşı Bahadur İbrahimov ilə görüşüb.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, rektor rəhbərlik etdiyi Ali Məktəb haqqında geniş məlumat verərək, onun fəaliyyət istiqamətlərindən söz açıb. Elmar Qasımov Bakı Ali Neft Məktəbində tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb.

İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros səmimi qəbula görə minnətdarlığını bildirib. O. təmsil etdiyi şirkət haqda məlumat verib. Devid La Ros Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu və əlaqələrin yaradılmasında maraqlı olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600