Bakı Bulvarı Novruz tədbirlərinə hazırlaşır

media-hightechnic-468x90

bulvarMartın 19-dan başlayaraq Novruz bayramı tədbirləri dövlət səviyyəsində bulvarda keçiriləcək.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

O qeyd edib ki, bunun üçün Mədəniyyət və Turizm nazirliyi artıq təşkilati məsələlərə başlayıb: “Məşqlər keçirilir və bayramdan 1 həftə əvvəl bulvar ərazisində tədbirlərin keçirilməsi ilə əlaqədar bütün lazımi hazırlıq işləri görüləcək. Buraya daxildir: stendlərin qurulması, konsert səhnələrinin yaradılması, xüsusi şəraitin yaradılması. Hər il olduğu kimi, bu il də yüksək səviyyədə olacaq”.

N. Məcidov əlavə edib ki, bu il Bakıda Avropa Yay Oyunları keçiriləcəyi üçün bu il ki bayram tədbirlərində idman oyunlarına da xüsusi yer ayrılıb: “Belə ki, bu il əvvəlki illərə nisbətən idmançıların oyunları daha çox olacaq”.
O qeyd edib ki, adətən dövlət tədbiri 1 gün – ayın 19-da səhərdən axşamadək keçirilir: “Lakin tədbir qurtardıqdan sonra, bir neçə gün, martın 22-dək səmənilər qalır, keçəl, kosa, bahar qızı qalır, bir sözlə, atributlar qalır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600