Müğənni Emma (Elmira) Ələkbərzadə Dənizkənarı Milli Parkda xoşagəlməz hadisə ilə qarşılaşıb.
Yenicag.az xəbər verir ki, sənətçi instaqramda bulvarın Yeni Bayıl ərazisində ilanın olduğu görüntüləri paylaşaraq yazıb.
“Bəli, bura Bakıdır. Təzə Bayıl bulvarımız! Bu, qara və böyük ilandır. Özü də gürzə! Xahiş edirəm özünüzü və övladlarınızı qoruyun. Mənim üçün bulvarda gəzmək söhbəti bağlandı”- deyə şərh bildirib.
www.yenicag.az