Bakı Dəməşqə dostluq əlini UZATDI: “Azərbaycanla çox ciddi əməkdaşlıq barədə təşəbbüslər var”

media-hightechnic-468x90

“Suriya bizim üçün dost ölkə olmaq obrazına gəlməkdədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib.

Türkiyənin Antalya şəhərində keçirilən Suriya və Azərbaycan prezidentlərinin görüşünü və daha sonra Azərbaycan liderinin suriyalı həmkarını ölkəmizə dəvət etməsini şərh edən deputat qeyd edib ki, Suriya Azərbaycanla dost ölkə olmaq mərhələsinə qədər qoymaqdadır:

“Suriya ilə bizim münasibətlər yeni mərhələyə daxil olub. Orada rəhbərlik dəyişiləndən sonra artıq Azərbaycanla çox ciddi əməkdaşlıq barədə təşəbbüslər var. Azərbaycan da, eyni zamanda, Suriyanın dirçəlməsi üçün kömək etməyə hazır olduğunu bildirir. Son vaxtlarda Suriya lideri ilə Azərbaycan Prezidentinin görüşü də onu ortaya qoydu ki, bu istiqamətdə çox ciddi niyyət var və Suriya bizim üçün dost ölkə olmaq obrazına gəlməkdədir”.

Suriyanın keçmiş rəhbəri Bəşər Əsədin Azərbaycana qarşı münasibətini qeyd edən F. Mustafa eks-prezidentdən fərqli olaraq yeni Suriya hökumətinin ermənipərəst deyil, Azərbaycanla dost olacağını qeyd edib:

“Əvvəlki dövrdə bu iradə ortaya qoyulmadığına görə bəzi problemlər yaşanırdı. Xüsusilə də Suriya liderinin ermənipərəst mövqeyi öz sözünü deyirdi, amma indi tamamilə fərqli situasiya mövcuddur. Ona görə də yaxın zamanlarda Suriya ilə çox dərin münasibətlərimizin inkişafı barədə danışmaq üçün kifayət qədər ciddi əsaslar var. Yəqin ki, bu görüşdən sonra da münasibətlər artıq konkretləşəcək və səfirliklərin açılışı, normal ikitərəfli fəaliyyətlər bərpa ediləcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600