Milli Məclisin nümayəndə heyəti Şimali Kiprin Müstəqillik Günündə iştirak edəcək
Azərbaycan parlamentinin nümayəndə heyəti Şimali Kiprin Müstəqillik Günündə iştirak edəcək.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov 15 İyul – “Demokratiya və milli birlik günü” münasibətilə keçirilən Anım Günündə bildirib.
Deputat deyib ki, iki gün sonra Milli Məclisdən böyük nümayəndə heyəti Şimali Kiprin Müstəqillik Günündə iştirak etmək üçün bu ölkəyə səfər edəcək: “Nümayəndə heyətinin tərkibinə həm Şimali Kiprlə parlamentlərarası Əlaqələr üzrə İşçi qrupunun üzvləri, həm də Azərbaycan-Türkiyə parlamentlərarası Əlaqələr üzrə İşçi qrupunun üzvləri daxil olacaq. Azərbaycan Türkiyə kimi Şimali Kimprlə də münasibətləri inkişaf etdirir”.













