Mbappe Fransa millisinin heyətində rekorda imza atdı

media-hightechnic-468x90

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatlarında keçirdiyi oyunların sayına görə yığmanın rekordçusu olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, İspaniya millisinə qarşı keçirilən yarımfinal matçı 27 yaşlı futbolçu üçün dünya çempionatlarında 21-ci oyun olub.

Bununla da Mbappe bu göstəricidə Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisi geridə qoyub. Lyoris mundiallarda 20 oyun keçirib və 2022-ci il dünya çempionatından sonra milli karyerasını başa vurub.

Mbappe 2024-cü ildən İspaniyanın “Real” klubunda çıxış edir. O, Madrid təmsilçisi ilə 2024/2025 mövsümündə İspaniya Superkubokunun və Qitələrarası Kubokun qalibi olub.

Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olan Mbappe 2022-ci ildə Qətərdə keçirilən mundialda gümüş medal qazanıb. O, həmin turnirdə vurduğu 8 qolla yarışın bombardiri olub.

Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05