Çin Putindən sonrakı Rusiya üçün hazırlığa başlayıb – VSJ

media-hightechnic-468x90

Çin Vladimir Putindən sonrakı dövrə hazırlaşaraq gələcəkdə Rusiyanın idarə edilməsində mühüm rol oynaya biləcək siyasi və iqtisadi elita nümayəndələri ilə əlaqələrini gücləndirir.

media-banner_tkm

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” analitiklərə, diplomatlara və vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Pekin hakimiyyət dəyişikliyindən asılı olmayaraq Rusiyadakı təsirini qorumağa çalışır. Mənbələrin fikrincə, Putinin formalaşdırdığı anti-Qərb siyasi kursu onun hakimiyyətdən getməsindən sonra da davam edəcək. Buna görə Çin artıq indidən gələcəkdə ölkənin idarə olunmasında rol oynaya biləcək şəxslərlə münasibətlər qurur.

VSJ yazır ki, son illər Rusiya hakimiyyəti Çin kəşfiyyatının fəaliyyətinin artması ilə daha tez-tez üzləşsə də, Moskva Pekinlə münasibətləri korlamamaq üçün bu halları ictimailəşdirməməyə üstünlük verir.

Nəşr qeyd edir ki, “hüdudsuz tərəfdaşlıq” barədə bəyanatlara baxmayaraq, Moskva ilə Pekin arasında ciddi fikir ayrılıqları da qalır.

Məlumata görə, Çin Rusiyanın “Sibirin gücü-2” qaz kəməri layihəsi üzrə saziş imzalamaq təklifini qəbul etməyib. Pekin qazın Rusiyanın daxili bazarına yaxın qiymətlərlə satılmasını tələb edib.

Bundan başqa, Çin Moskvanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankında əsas hesablaşma valyutası kimi Çin yuanından istifadə olunmasına razılıq verməsini təmin edib.

VSJ-nin məlumatına əsasən, Pekin Vladimir Putinin Şimali Koreya liderinin iştirakı ilə üçtərəfli sammit keçirmək təklifini dəstəkləməyib. Həmçinin Çin tərəfi Putinin Pekinə səfərdən dərhal sonra Pxenyana getməsinin məqsədəuyğun olmadığını bildirib. Nəticədə Rusiya prezidentinin marşrutuna Vyetnama səfər də əlavə edilib ki, bu da “avtoritar dövlətlər oxu” görüntüsünün yaranmasının qarşısını almağa hesablanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05