Zaurdan səs-küylü AÇIQLAMA: “Boş yerə niyə aparıcıya maaş verirsiniz?”

media-hightechnic-468x90

“Süni intellektlə bağlı dediyim fikir səs-küy yaratmışdı”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Zaur Əmiraslanov “İncəSəhər” verilişində süni intellektlə bağlı fikirlərini bölüşərkən deyib.

Sənətçi vaxtilə söylədiyi fikrin birmənalı qarşılanmadığını bildirib:

“Bir dəfə demişdim ki, radiolara aparıcı lazım deyil, süni intellektə mətni verin, oxusun. Boş yerə niyə aparıcıya maaş verirsiniz? Böyük səs-küyə səbəb oldu bu fikir. Bundan sonra bəlkə də nə vaxtsa olacaq belə şey”.

Aparıcı Vüsalə Əlizadə onun fikrini dəstəkləyib:

“Bu proqram yaradılacaq və hər ölkənin dilinə, ifadə vasitələrinə uyğun şəkildə ayarlanacaq. Zamanla heç biz, aparıcılar da lazım olmayacağıq. Xarici ölkələrdə artıq süni intellektlə hava proqnozunu deyən xanım aparıcılar var. Görüntü də gözəldir”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05