Bakı metrosunda hərəkət bərpa olundu – YENİLƏNDİ

Metropolitenin bütün xətlərində qatarların hərəkəti hərəkət cədvəlinə uyğun olaraq tam təmin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Qeyd edək ki, Bakı metrosunda elektrik kəsintisi qatarların hərəkətində problem yaranmışdı. “”Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar mövcud idi.

***

Bakı metrosunda elektrik kəsintisi olub.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib. O bildirib ki, problemin aradan qaldırılması istiqamətində iş aparıldığını deyib. Bildirib ki, qısa zamanda elektrik enerjisinin verilməsi bərpa olunacaq:

“”Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur”.