Keçmiş xanımı Anarı məhkəməyə verdi

media-hightechnic-468x90

Ayrıldığı həyat yoldaşı Nigar Cəlilova bir vaxtlar məşhur olan “Çuda peçka” mağazalar şəbəkəsinin sahibinin oğlu Anar Cəlilovu məhkəməyə verib. 

Yenicag.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb qarşı tərəfin aliment ödəməməsi olub. Belə ki, A.Cəlilov övladları üçün lazım olan alimenti uzun müddətdir ödəmir.

Onların növbəti məhkəməsi dekabrın 24-da olacaq. Onun xanımı boşanmaq üçün 3 dəfə məhkəməyə müraciət edib.

Qeyd edək ki, Anar və Nigar 11 il ailəli olub. Onun bu nikahdan iki övladı var. Onların bir müddət əvvəl də ayrılıq xəbəri yayılmışdı. Nigar Anarın üçüncü nikahıdır.

A.Cəlilov Xalq artisti Röya Ayxanla ailəli olub. Onların bu nikahdan bir oğul övladı var.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa