Bakı metrosunda təcili yardım maşını istifadəyə verildi
Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti metroda yarana biləcək texniki nasazlıqları dərhal aradan qaldırmaq məqsədi ilə bütün lazımi avadanlıqlarla təchiz olunan yeni texniki təcili yardım maşınını istifadəyə verib.
Yenicag.az Azertac-a istinadən xəbər verir ki, xüsusi avadanlıqlarla təchiz olunan avtomobil xidmətin geniş profilli hər bir təcili işi üçün nəzərdə tutulub. O, sadəcə vəsaitləri və ləvazimatları daşıyan maşın deyil, həm də kiçik laboratoriya-emalatxanadır. Sürücü ilə birlikdə 5 nəfərlik iki salonu olan maşında aparılacaq təmir işlərində elektrik enerjisini təmin etmək üçün həm 220 Volt, həm də 380 Volt gərginliyində generatorlar mövcuddur.
Bu, təkcə təcili texniki müdaxilə tələb edən təmir işinə deyil, həmçinin fövqəladə hallar zamanı elektromexaniki qurğularla bağlı məsələlərə metropolitençilərin operativ, çevik və sürətli reaksiyasını təmin edən yenilikdir.