Bakı metrosunda təhlükəli anlar

media-hightechnic-468x90

“Koroğlu” stansiyasında gözlənilməz hadisə baş verib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Oxu.az-a verdiyi məlumata görə, gənc oğlan qatar yoluna düşüb.

Buna səbəb kiminsə mobil telefonunun qəfildən relslərin üzərinə düşməsi olub:

“Bir gənc qatar stansiyaya daxil olan zaman relslərin üzərinə atılıb. Mənə verilən məlumata görə, onun qatar yoluna düşməsinin səbəbi telefon olub. Sərnişinlərdən birinin telefonu qatar yoluna düşüb.

Oğlan da onu götürmək üçün icazəsiz addım ataraq təhlükəli şərait yaradıb. Xoşbəxtlikdən heç bir problem yaranmayıb. Həmin gənc qaydaları pozduğu üçün polisə təhvil verilib”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa