Bakı metrosunda təhlükəli anlar - Sərnişinin ağlasığmaz hərəkəti - VİDEO

media-hightechnic-468x90

Bakı metrosunda sərnişin özbaşınalığı təhülkəli vəziyyət yaşadıb.

Yenicag.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Belə ki, gənc sərnişin qatar hərəkətdə olarkən vaqonlararası keçid qapısını açıb. Bu da yetməzmiş kimi digər vaqona tərəf uzanaraq pəncərəni döyüb, geri qayıdır. Qeyd edək ki, hadisə metronun “Nizami” stansiyasında qeydə alınıb.

Bu vəziyyət digər sərnişinlər üçün də təhlükəli vəziyyət yaradıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərlə bağlı məsələ araşdırmaya verilib.

DİN-in Mətbuat Xidmətindən bildiriblər ki, yayılan görüntülərdən məlumatlıdırlar:

“Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Metropolitenində Polis İdarəsində araşdırmalar aparılır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600