!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bakı Olimpiya Stadionunun quruluşu elədir ki..." - Direktor problemlərdən danışdı

!Reklam – Yazi

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın ilk ev oyununa, “Roma” ilə qarşılaşmaya səhnə olacaq Bakı Olimpiya stadionunun ot örtüyünü yeniləyən şirkətin aqronom-direktoru Karlos Reyşin Yenicag.az saytına müsahibəsini təqdim edirik:

– Olimpiya stadionunun ot örtüyü bugünki oyun üçün tam hazır olacaqmı?

– Hər şey qaydasındadır. Heç bir problem olmayacaq. Buraya sisqras hibrit sistemini tətbiq etdik. Buna görə bəzən ot örtüyü “stresə” girə bilər. “Qarabağ” burada məşq etdi. Onların çox xoşuna gəldi. Top sisqras hibrit sisteminə görə daha sürətli hərəkət edir.

– Məşqdən sonra hər hansı problem ortaya çıxdı?

– Yox, heç bir problem olmadı. Məşqdən sonra normalda biz ot örtüyünü təmizləyirik. Amma dünən bunu etməyə gərək qalmadı. Çünki heç bir dənə də olsun ot çıxmamışdı.

– Yeni ot örtüyündən sonra ilk matçda hər hansı problem ola bilər?

– Bu gündən etibarən hər şey yoluna düşüb. Fikrimcə, heç bir problem ortaya çıxmayacaq. Komandalar rahat şəkildə oynayacaqlar.

– Burada ardıcıl 3 oyun – “Qarabağ” – “Roma”, Azərbaycan – Çexiya və “Qarabağ” – “Atletiko” matçları baş tutacaq. İlk qarşılaşmadan sonra digər matçlar üçün hər hansı dəyişikliklər edəcəksinizmi? 

– Hibrit sistemini tətbiq etdiyimizə görə bu örtük bitkiləri daha sağlam saxlayır. Bu matçdan sonra daha yaxşı olacaq. İkinci matçda ot örtüyü  daha da inkişaf edəcək. Üzərində daha çox məşq edilə, oynanıla bilər.

– Milli komanda burda oynayarkən çox maneələr ortaya çıxırdı. Torpaq örtüyü ilə bağlı hər hansı narazılıq varmı?

– Bu qazon yerinə qoyulanda hava çox isti idi. Fikrimcə, problem bundan qaynaqlanır. Stadionun quruluşu da elədir ki, daxildə hava olmur. Top uçmasın deyə, stadionun dizaynı elə qurulub ki, sirkulyasıya az olsun. Bu problemlər havasızlıqdan meydana gəlir.

– Bizim digər stadionlarda ot saraldığı zaman onu rəngləyirlər. Bu, nə dərəcədə doğrudur?

– Bu, stadiona baxan adamın öz düşüncəsinə qalan bir məsələdir. Hər kəsin fərqli yanaşması var. Biz düşünürük ki, belə şeylərə gərək yoxdur.

– Bizə yaxın ölkələrdə yaxşı ot örtüyü olan stadionlar var. Azərbaycanda meydançalar çətinliklə düzəlir. İqlimlə bağlı problem varmı?– Hər bir ölkənin, hətta şəhərlərin belə ayrı iqlimləri var. Rusiyada keçiriləcək DÇ-2018 üçün 6 stadionun ot örtüyünü biz düzəldirik. Bütün stadionlar hibrit sisteminə sahibdir. Lakin 6 şəhərdəki 6 ayrı stadion 6 ayrı iqlimə malikdir. Suyun keyfiyyəti, havanın təsiri və s. hamısı problem yarada bilər. Hər ölkədə istifadə olunan ləvazimatlar fərqlidir. Məsələn, bir stadiona bir maddəni istifadə edəndə digəri buna başqa effekt verir.

– “Dalğa Arena”, “Bakcell Arena”-nın ot örtüyünə baxanlardan soruşanda ki, problem nədən qaynaqlanır, onlar hava şəraitini bəhanə gətirirlər…

– Hər stadionun kiçik iqlimləri var. “Dalğa Arena” dəniz kənarında yerləşdiyi üçün orada “duzlu hava” mövcuddur. “Bakcell Arena” nın bir tərəfi şərqə, bir tərəfi qərbədir. Bu da kölgə yaradır və otun tam çıxmasına mane olur. Olimpiya Stadionunda da yay çox isti keçdiyi üçün ot örtüyü saralır.

Emin Səfərov

COP29

www.yenicag.az

5460
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv