Bakı-Qazax yolunda dəhşətli qəza-Azyaşlı dünyasını dəyişdi

media-hightechnic-468x90

dab9c3c6969a8bdf2853543f8762546dBakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu səhər saat 08.30 radələrində rayonun Qovlar qəsəbəsi ərazisində qeydə alınıb.

Qazaxdan Bakıya sərnişin daşıyan “Daewoo” markalı avtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində “Mercedes”də olan iki nəfər hadisə yerində ölüb.

Avtobusda olan 10-dan artıq sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralılar xəstəxanaya aparılarkən avtobusun sərnişinlərindən olan bir azyaşlının yolda dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa