Bakı-Qazax yolunda dəhşətli qəza baş verib

media-hightechnic-468x90

jij9Bakı-Qazax yolunun Ucar rayonunun Yeniyol kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Buğda daşıyan “QAZel” markalı avtomobillə yanacaq daşıyan yük maşını toqquşub. Toqquşma nəticəsində yanğın baş verib. Hər iki avtomobil yanıb. “QAZel”də olan iki nəfərin yanaraq öldüyü bildirilir. Yanacaq daşıyan avtomobilin sürücüsü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ölənlərin və xəsarət alan şəxsin kimliyi bilinmir. Hər iki avtomobil yandığı üçün onların dövlət nömrə nişanları görünmür.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.

Bakı-Qazax yolunda tıxac yaranıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa