Bakı-Qazax yolunda “protiv” gedən sürücü cərimələndi

media-hightechnic-468x90

Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) məlumat yayıb.

Bildirilib ki, Bakı-Qazax avtomobil yolunda “NİSSAN” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü – Ucar rayon sakini Qarakişi Kərimov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

“Qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb”, – DYP-nin məlumatında qeyd edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05