!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı sakinindən silah-sursat və narkotik götürüldü

!Reklam – Yazi

Bakı sakinindən silah-sursat, narkotik götürülüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Miqunov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 40 qram tiryək və 1 ədəd avtomat patronu götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Sabunçu dəmir yolu stansiyasının ərazisində gizlətdiyi nömrəsi silinmiş “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 27 ədəd patron da aşkar edilərək götürülüb.

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv