Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
Yeniçağ.Az “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Zahid Dövlətov “KaMAZ” markalı yük maşınına idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağılaraq istifadəyə yararsız hala düşüb.
Qəza baş verən vaxtı dayanacaqda heç kim olmayıb.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.
Yeniçağ.Az