“Bakı sessiyasında Ukrayna müzakirə ediləcək”

media-hightechnic-468x90

dddddrBakıda keçirəcək ATƏT PA-nın 23-cü sessiyasında Ukrayna hadisləri ilə bağlı müzakirələrin keçiriləcəyi təsdiq olunub.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov qarşıdakı sessiyada bu müzakirənin olacağını bildirib. Saytımıza açıqlamasında deputat deyib ki, belə müzakirələrin keçiriləcyi barədə məlumatlıdırlar.

“ATƏT-in Bakıda keçiriləcək sessiyasında Ukrayna ilə əlaqədar iclasın olacağını əvvəldən xəbər veriblər. Amma amerikalı senator Bencamin Kardinin təklifi haqqında əvvəlcədən nəsə deyə bilmərəm”-deyə deputat vurğulayıb.

E. İbrahimovun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin hansı mövqe tutacağı iclasın gedişatında açıqlanacaq.

“Onlara nə vaxt cavab verəcəyik, bu məsələdə necə mövqe sərgiləyəcəyik, onu yalnız ATƏT Parlament Assambleyasının iclası başlayanda görəcəksiniz. İndidən nəsə danışmaq tezdir. Qəti cavab sərgiləyə bilmirəm”-deyə deputat bildirib.

Deputat deyib ki, ABŞ-dan olan senatorun Ukrayna əleyhinə qətnamə layihəsini hazırlamasından məlumatlı deyil.

“Bencamin Kardinin səsləndirdiyi təklif haqqında sənədi görməmişəm. Gərək sənədlə tanış olum ki, nəsə deyim. Sadəcə, onu deyə bilərəm ki, gündəlikdə Ukrayna ilə əlaqədar müzakirələr aparılacaq. Amma kimin nə qətnamə hazırladığından xəbərimiz yoxdur. Amerikanın, Rusiyanın qətnamə ilə bağlı nə təkliflər verəcəyi barədə bizdə məlumat yoxdur. Onu ancaq iclas başalayanda biləcəyik”.

Qeyd edək ki, ATƏT PA iyunun 28-də Azərbaycanda öz işinə başlayacaq illik toplantısında ABŞ senatoru Bencamin Kardinin Rusiyanın Ukraynaya qarşı apardığı siyasəti ittiham edən qətnamə layihəsini sessiyasının gündəliyinə daxil edib. Amerikalı senator ATƏT-in Bakı iclasında Rusiyanı 1975-ci ildə qəbul edilmiş Helsinki sazişininin prinsiplərini pozamaqda ittiham edən qətnamə layihəsi hazırlayıb. Kardin bu qətnamədə Rusiyanı Ukraynanın Cənub-şərqini özünə birləşdirmək cəhdində ittiham edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600