Bakı–Sumqayıt avtobusunda DAYANACAQ QALMAGALI: Qurumdan RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

Bakı–Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 saylı ekspres avtobus xətti ilə bağlı dayanacaq problemi sərnişinlərin narazılığına səbəb olub.

media-banner_tuq

Yenicag.az-a daxil olan şikayətdə qeyd olunur ki, avtobusun bəzi məntəqələrdə saxlamaması gündəlik bu marşrutdan istifadə edən sərnişinlər üçün ciddi çətinlik yaradır. Şikayətçilər bildirirlər ki, həmin ərazilərdə dayanacaqların olmaması vaxt itkisinə və alternativ nəqliyyat vasitələri axtarmaq məcburiyyətinə yol açır.

Məsələ ilə bağlı Yenicag.az tərəfindən “BakuBus” MMC-yə sorğu ünvanlanıb.

Qurumdan verilən açıqlamada bildirilib ki, hazırda müəssisənin istismarında Bakı–Sumqayıt istiqaməti üzrə 594595 nömrəli müntəzəm marşrut xətləri fəaliyyət göstərir.

Qeyd olunub ki, 594 nömrəli xətt üzrə sərnişindaşıma 36 avtobusla təşkil edilir və hərəkət intervalı orta hesabla 3–4 dəqiqədir. 595 nömrəli marşrut xətti üzrə isə 10 avtobus xidmət göstərir və hərəkət intervalı təxminən 11 dəqiqə təşkil edir. Vurğulanıb ki, hər iki marşrut ekspres xarakter daşıdığı üçün sərnişinlərin minib-düşməsi yalnız məhdud sayda dayanacaqlarda təmin edilir.

Açıqlamaya əsasən, Sumqayıt Avtovağzalından Bakı istiqamətində dayanacaqlar aşağıdakı kimidir:

  • Sumqayıt Avtovağzalı;

  • “Bağçalı evlər” yaşayış kompleksi;

  • Sumqayıt dairəsi;

  • Ceyranbatan qəsəbəsi;

  • Moskva prospekti, 3.

Bakı (20 Yanvar) – Sumqayıt Avtovağzalı istiqamətində isə avtobuslar bu məntəqələrdə dayanır:

  • Moskva prospekti, 6;

  • Ceyranbatan qəsəbəsi;

  • Sumqayıt dairəsi;

  • “Bağçalı evlər” yaşayış kompleksi;

  • Sumqayıt Avtovağzalı.

“BakuBus” MMC vurğulayıb ki, sorğuda qeyd olunan məntəqə rəsmi dayanacaq sayılmadığı üçün sürücülər tərəfindən həmin ərazidə saxlanılma həyata keçirilmir. Qurum sərnişinlərə səfərləri zamanı yalnız rəsmi müəyyən edilmiş dayanacaqlardan istifadə etməyi tövsiyə edib.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05