!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub - Faktiki hava

!Reklam – Yazi

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Ağsuda 5 mm, Qrız, Qəbələ, Şahbuzda 2 mm, Şahdağ, Gədəbəydə 1 mm-dək olub.

Aprelin 19-da saat 16:14-16:54 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Ağstafada 25 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Gədəbəydə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 28-32, Aran rayonlarında 29, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.

COP29

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv