Bakı və Abşeronda Novruz yarmarkaları bu tarixdə olacaq

media-hightechnic-468x90

Bakı şəhəri və Abşeron rayonu ərazisində “Kənddən Şəhərə” Novruz yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yarmarkalar 12-19 mart tarixlərində keçiriləcək. Yarmarkalarda iştirak etmək üçün fermerlər dəvət olunur.

Məlumatda bildirilir ki, fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edə biləcəklər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa