"Bakı və İrəvan bu barədə razılığa gəlib" - Ermənistan DİN

media-hightechnic-468x90

Ermənistan MDB məkanında Azərbaycan vətəndaşlarına qarşı aparılan axtarışları geri götürüb. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu barədə razılıq Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında hələ 2007-ci ildə əldə edilib: “Razılaşmaya əsasən, tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində hər iki ölkənin vətəndaşlarına qarşı elan edilmiş dövlətlərarası axtarışları dayandırmaq barədə razılığa gəliblər. Yuxarıda qeyd olunan razılaşmaya və tərəflərin 2007-ci ildən əldə edilmiş razılaşmanı pozmamasına əsaslanaraq, 2024-cü ildə tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində dövlətlərarası axtarışların dayandırılması/elan edilməməsi öhdəliyini təsdiqləyiblər”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05