Bakı və İrəvan sülh sazişini bu şəhərdə imzalayacaq

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Rusiya lideri Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan may ayında Moskvada görüşəcəklər. 

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyadakı diplomatik mənbələr açıqlayıb.

Məlumata görə, tərəflər razılığa gələcəklər ki, may bayramlarından (Qələbə Günü – red.) sonra Ermənistan və Azərbaycan Alma-Atada sülhlə bağlı hansısa sənədi (sülh sazişi nəzərdə tutulur) imzalayacaqlar. İmza yeri kimi Qazaxıstanın Alma-Ata şəhəri seçilib ki, bu da təsadüfi deyil. Çünki Alma-Ata Bəyannaməsi Azərbaycan-Ermənistan danışıqlarının mərkəzində rəhbər kimi göstərilib. 

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bu barədə suala cavab verməkdən imtina edib./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600