Bakı və Pekin arasındakı MÜHÜM TƏRƏFDAŞLIQ: “Çinlə Azərbaycanın mövqeləri üst-üstə düşür”

media-hightechnic-468x90

“Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq münasibətləri var və bu münasibətlər inkişaf edən xətt üzrə davam edir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

media-oqtay-qasimov-5

Siyasi təhlilçi Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfərində imzalanan sazişlər və Bakı ilə Pekin arasındakı münasibətlərin dərinləşməsi haqqında fikirlərini bölüşüb.

Onun sözlərinə görə, keçən il Azərbaycan Prezidentinin Çin rəhbəri Si Cinpin ilə görüşündən sonra münasibətlərin yeni səviyyəyə yüksəldiyini söyləmək olar:

“Hazırda Azərbaycan Prezidenti Çində səfərdədir və mühüm sənədlər imzalanıb. Nəzərə almalıyıq ki, Çin dünyada ikinci böyük qlobal güc və dünyanın ikinci böyük iqtisadiyyatına sahibdir, eyni zamanda, bir çox məsələlərdə Çinlə Azərbaycanın mövqeləri üst-üstə düşür. Çin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə qarşılıqlı olaraq Çinin ərazi bütövlüyünü dəstəkləyib”.

O. Qasımov əmindir ki, hər zaman Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsinin tərəfdarları olub və bu layihənin əsas marşrutlarından biri olan Orta Dəhlizin keçdiyi əsas məkan Azərbaycan ərazisidir:

“Azərbaycan özünün mövcud infrastrukturu ilə layihənin tələblərinə cavab verir. Bundan başqa, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, artan nüfuzu və son beş ildə bölgədə yaratdığı yeni reallıqlar təbii ki, Çinin də maraq dairəsindədir. Bu münasibətlərin inkişafı bir çox istiqamətləri əhatə edir. Bu sahələrə iqtisadiyyat, ticarət, yeni texnologiyalar və enerji sahəsində əməkdaşlıq daxildir və bu əməkdaşlıq artıq mövcuddur, həm də inkişaf etməkdədir”.

Həmsöhbətimiz əmindir ki, xüsusilə Çinin Azərbaycanla imzaladığı memoranduma əsasən, Azərbaycanda yaşıl enerjinin istehsalı məsələsi nəzərdə tutulur:

“Çin şirkətləri Azərbaycana yatırımlar edir və qarşılıqlı olaraq Azərbaycanda Çinlə münasibətlər inkişaf etməkdədir. Tərəflər qarşılıqlı investisiya yatırmaqla bağlı addımlar atırlar. Bu baxımdan, Azərbaycan-Çin münasibətlərinin perspektivini müsbət hesab edirəm. Bu, müsbət bir dinamikanın inkişafıdır. Hazırkı dünyada baş verən proseslər fonunda Azərbaycan özünün balanslı siyasəti ilə maraqlarını qoruyur. Baxmayaraq ki, bu gün Çinlə Amerika arasında müəyyən ziddiyyətlər və tariflərlə bağlı gərginliklər mövcuddur, Azərbaycan həm Çin, həm də Qərblə, o cümlədən Amerika ilə münasibətlərini balanslaşdırılmış şəkildə həyata keçirməkdədir”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600