Bakıda 2 ədəd trotil qutusu aşkarlanıb

media-hightechnic-468x90

trotil1Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb.

Yenicag.az apa-a istinadən xəbər verir ki, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aşkarlanmış sursata baxış keçirilib.

Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 2 ədəd trotil qutusudur. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa