Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə 28 may qəsəbəsində qeydə alınıb.
İşdən evə qayıdan 20 yaşlı Çingiz Ramiz oğlu Qədirli avtobus dayanacağında sərxoş vəziyyətdə olan tanışı 22 yaşlı Mirzəağa Yusif oğlu Məmmədovla rastlaşıb. O, Çingizlə zarafatlaşmağa başlayıb. Daha sonra üzərində olan bıçağı çıxararaq Çingizə vuracağını deyib. Ardınca bıçağı Çingiz Qədirlinin sinəsinə vurub. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
www.yenicag.az