Bakıda 25 məktəb direktoru işdən çıxarıldı

media-hightechnic-468x90

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

Bu barədə Yenicag.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, 2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 33 nəfər direktor vəzifəsinə işə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib.
117 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.

Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600