Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılır

media-hightechnic-468x90

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq 3 küçədə müvafiq işlər aparılacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonu Rəşid Behbudov küçələrində rənglənmə işlərinə bu axşam 22:00-dan etibarən start veriləcək. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Yeniçağ.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600