Bakıda ana və 3 yaşlı qızı faciəvi şəkildə öldü
Azərbaycanda dəm qazından daha bir zəhərlənmə hadisəsi baş verib.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ana və qızı qazdan boğulublar. Belə ki, 1983-cü il təvəllüdlü Kəmalə Qarayeva və 3 yaşlı qızı Nərgiz hamamda çimərkən qaz sızması baş verib. Ana və qız zəhərlənərək vəfat ediblər.
Kəmalə Qarayevanın əslən Ağdam rayonundan olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Yenicag.az