Bakıda ana və qızı intihar etdilər-Yenilənib Foto

media-hightechnic-468x90

e1a6e5590446de11595f0b83135f1e57Bakı şəhərində dəhşətli intihar hadisəsi baş verib.

Yasamal rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

***

Yasamal rayon prokuroru: “17 yaşlı Aytac Fərzəliyeva intihardan əvvəl məktub yazıb”

Bakıda baş verən dəhşətli intiharın bəzi təfərrüatları məlum olub.

Yasamal rayon prokuroru Həsrət Pirməmmədov bildirib ki, 17 yaşlı Aytac Fərzəliyeva intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda: “Bağışlayın, özümü öldürürəm” sözlərini qeyd edib.

Rayon prokurorunun sözlərinə görə, hadisə baş verən zaman evdə intihar edən qızın atası, anası və dayısı olub. Əvvəlcə qız özünü binadan atıb. Sonradan isə anası binadan düşüb. Ananın hansı şəraitdə binadan düşməsi isə hələlik məlum olub: “Hadisənin dəqiq səbəbləri araşdırmalar başa çatandan sonra məlum olacaq”.

Yasamal rayon Polis İdarəsindən bildirib ki, həmin ailənin 14 yaşlı qızı Aytən Fərzəliyeva bir neçə gün əvvəl itkin düşüb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600