Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda atasını baltalayan qız barəsində QƏRAR - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Həbibovanın hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib və həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. O, 1 saylı Respublika Psixatiriya Xəstəxanasına göndərilib.

İttihama görə, ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində ailə münaqişəsi zəminində A.Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub. C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Daha sonra A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib./Trend/

www.yenicag.az

4240
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100