Bakıda avtobuslara Türkiyə bayraqları vuruldu – FOTO

Ötən gün baş verən güclü zəlzələ ilə əlaqədar Bakıda Türkiyəyə dəstək kompaniyası başladılıb. 

Yenicag.az xəbər verir ki, şəhər ərazisində hərəkət edən avtobuslardan Türkiyə bayraqları asılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb, 5 775 bina dağılıb.