!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

!Reklam – Yazi

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 14-ü saat 17 radələrində paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini E.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mansur İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv