Bakıda avtomobil yanıb

Bakı şəhərinin Yasamal rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonda “Ford ” markalı mikroavtobusun mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.