Avtomobillərdə kilometrajın geri çəkilməsi HALLARI: Bunu necə anlamaq olar? - VİDEO
“Azərbaycanda avtomobillərin kilometrajının geri çəkilməsi halları artmaqda davam edir. Bu məsələ ilə bağlı qanunda xüsusi maddə olmasa da, belə saxtakarlıq edən şəxslər dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər”.
Bunu Yenicag.az-a açıqlamasında avtomobil ustası Bəxtiyar Abbasov deyib.
Onun sözlərinə görə, kilometrajın dəyişdirilməsi müxtəlif üsullarla həyata keçirilir və bu, əsasən, işi görən şəxsin peşəkarlığından asılı olur:
“Bəzən kilometraj yalnız bir elektron blokdan geri çəkilir, lakin diaqnostika zamanı avtomobilin digər bloklarında əsl yürüş göstəricisi qalır və onu görmək mümkündür”.
Usta əlavə edib ki, xüsusilə ABŞ-dan gətirilən avtomobillərdə “VIN-kod” üzərindən keçmiş məlumatları yoxlamaq mümkündür və bu, alıcı üçün ən etibarlı üsullardan biridir:
“Amerikadan gələn avtomobillərin “VIN kod”unu onlayn sistemlərdə yoxlamaqla real yürüşü görmək olur. Bu səbəbdən hər kəs avtomobil alarkən mütləq şəkildə diaqnostikadan keçirtməli və rəsmi məlumatları yoxlamalıdır”.
Mütəxəssis vətəndaşlara ikinci əl avtomobil alarkən xüsusilə ehtiyatlı davranmağı tövsiyə edib.
Ətraflı videomaterialda:
Samir Məcid












