Bakıda bağlanan və yolu dəyişən avtobuslar-Siyahı

media-hightechnic-468x90

88470Son günlər Bakı sərnişinnəqliyyatında aparılan islahatlar nəticəsində bağlanan və hərəkət istiqaməti dəyişdirilən marşurutların son siyahısı məlum olub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, islahatlar nəticəsində paytaxtdakı sərnişin avtobuslarından 10-u tamam bağlanıb.

İslahatlar nəticəsində 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 saylı sərnişin avtobus xətlərinin fəaliyyəti dayandırılıb.

Bundan başqa, bəzi avtobusların hərəkət istiqaməti qısaldılıb.

2 saylı sərnişin avtobusunun hərəkət istiqaməti “Xətai” metrostansiyası;
15 saylı avtobus xəttinin hərəkət istiqaməti “Qara Qarayev”
120 saylı sərnişin avtobusunun hərəkət istiqaməti “20-ci sahə”yə qədər qısaldılıb və avtobusun nömrəsi dəyişdirilib. Artıq sərnişinlər 120 əvəzinə 20 saylı avtobusdan istifadə edəcəklər.
70 saylı avtobus xətti – “Neftçilər” metrostansiyası;
82 saylı sərnişin avtobusu – “Ulduz” stansiyası;

İslahatlar nəticəsində bəzi avtobusların hərəkət istiqaməti uzadılıb. Hərəkət istiqaməti uzadılan avtobuslar 11, 82 və 83 saylı marşurutlardır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa