!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bank ofisləri satışa çıxarıldı

!Reklam – Yazi

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (AƏSF) ləğv olunmuş “Atrabank” Açıq Səhmdar Cəmiyyətinin balansında olan iki binanı auksiona çıxartmağı planlaşdırır.

Bunlardan biri – “Atrabank”ın Ziya Bünyadov prospektində ( Nərimanov rayonu) yerləşən, ümumi sahəsi 1157, 7 kv.m olan 4 mərtəbəli inzibati binasıdır. Binanın satış üçün başlanğıc qiyməti 2 milyon 363, 25 min manatdır.

Bundan başqa fond auksion vasitəsi ilə Qara Qarayev prospektindəki ( Nizami rayonu) ümumi sahəsi 436, 2 kv.m olan qeyri-yaşayış sahəsini də satmağı planlaşdırır . Başlanğıc qiymət – 1 мilyon 10,19 min manatdır.

Əvvəllər də qeyd edildiyi kimi AƏSF “Atrabank”ın bazar qiyməti 14 milyon ( balans qiyməti 37 milyon manat) manat dəyərində olan bütün əmlakını hərraca çıxartmaq fikrində olub. Əmlakın satılmasında kreditorların tələbi nəzərə alınacaq.

Atrabank Azərbaycan Mərkəzi Bankından 22 milyon manat borc götürüb. Bankın ümumi öhdəliyi 89 milyon manatdır.

Azərbaycan Mərkəzi Bankı 2016-cı il yanvarın 27-də Atrabankın lisenziyasını ləğv edib. Buna səbəb bankın 50 milyon manat məbləğində minimal məcmu kapital tələbinə əməl etməməsi, kreteditorlar qarşısında öhdəlikləri yerinə yetirməməsi, etibarlı qaydada fəaliyyət göstərməməsidir.

Qeyd edək ki, Atrabank 1992-ci ildə yaradılıb.(interfax.az)

Yenicag.az

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv