Bakıda baş həkim işdən çıxarılıb
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin baş həkimi işdən çıxarılıb.
Baş həkim Mehriban Abbasquliyeva müvafiq əmrə əsasən, işdən azad olunub.
M.Abbasquliyevanın yerinə təyinat da olub. Belə ki, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 2 Saylı Doğum Evinin baş həkimi vəzifəsinə Zamirə Qaralova təyin edilib.
Z.Qaralova yeni təyinata qədər həmin xəstəxananın şöbə müdiri olub(report.az).