Bakıda dəhşətli qətl: küçədə əmisi oğlunun başını kəsdi

media-hightechnic-468x90

bash1Bu gün Bakıda törədilən qətlin üstü açılıb.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bu gün səhər saatlarında Qara Qarayev 55 ünvanında bıçaqlanaraq və boğazı kəsilərək qətlə yetirilən şəxsin 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirov olması müəyyən edilib.

25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin E. Nəsirovun əmisi oğlu Elşən Nəzir oğlu Nəsirov olması müəyyən edilib və o tutulub.

İlkin məlumata görə, E. Nəsirov qısqanclıq zəminində əmisi oğlunu qətlə yetirib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir(APA).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600