Bakıda böyük fəlakətin qarşısı alındı
Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda, dəmiryolu xəttinin yaxınlığında güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğındam Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə Qanbay Vəzirov küçəsində, dəmiryolu xəttinin yaxınlığında qeydə alınıb.
Saat 08:44-da məlumat daxil olan kimi hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. Müəyyən olunub ki, yanğın dəmiryolunun yaxınlığında mazutun yığıldığı ərazidə qeydə alınıb.
Təcili təhlükəsizlik tədbirləri görülüb. 500 kv.m sahədə mazut qarışıqlı məişət tullantıları yansa da yanğının dəmiryolu xəttinə keçməsinin qarşısı alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın saat 09:07-də söndürülüb.
Qeyd edək ki, ərazidə benzin və neft daşıyan vaqonlar olub. Yaxınlıqda isə yaşayış evləri var.
Faktla bağlı araşdırma aparılır(ans).