Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqlədi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə Təhlükəsizlik Xidmətinin (SBU) 40 günlük xüsusi əməliyyat planını təsdiqləyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Zelenski “Facebook” hesabında paylaşım edib.

Ukrayna lideri bildirib ki, SBU-nun xüsusi təyinatlı “Alfa” Mərkəzinin cəbhədəki fəaliyyəti, uzaqmənzilli və orta mənzilli zərbə planları, eləcə də xidmətin əldə etdiyi nəticələr barədə general-mayor Yevgeni Xmara ona məruzə edib.

“Aqressor dövlətə təsir göstərmək və onu müharibəni dayandırmağa sövq etmək məqsədilə 40 günlük əməliyyatı təsdiqlədim”, – deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, SBU artıq bir neçə aydır müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə cəbhədə Ukraynanın mövqelərinin müdafiəsində ən yüksək nəticələri nümayiş etdirir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05