Bakıda çoxmərtəbəli binada güclü yanğın baş verdi

media-hightechnic-468x90

yangin esas edfvgtfy279Bu gün Bakıda yaşayış binasında yanğın olub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, yanğın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində olub.

Hazırda təmirə dayanmış ümumi sahəsi 115 kv.m olan 3 otaqlı mənzilin eyvanına yığılmış taxta tullantıları 3 kv.m sahədə yanıb.

Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapı-pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa