Bakıda daha bir dəhşətli qətl

media-hightechnic-468x90

b8e05e30cd12036842c46cd5da578dcbBakıda daha bir qətl törədilib.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən verilən məlumata görə, hadisə bu gün rayonun R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Fərid Abbasovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib.

Hadisə yerində Nizami rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb.

Hazırda hadisənin baş vermə səbəbləri və qətli törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.(APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600