Nizami Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Yenicag.az xəbər verir ki, Prokurorluqdan verilən məlumatda deyilir:
“Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
*** 14:28
Nizami rayon ərazisində qadını qətlə yetirən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib.
Nəticədə oğul anasını qətlə yetirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən qadının qətlə yetirilməsi Oxu.Az-a təsdiqlənib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
www.yenicag.az