Bakıda dəhşətli qətl törədilib-Video

media-hightechnic-468x90

Meyit yerde  090312Onların meyiti evdə aşkarlanıb

Bakıda dəhşətli qətl törədilib.

Suraxanı rayon Polis İdarəsindən  verilən məlumata görə, rayonun Əmircan qəsəbəsi Zahid Əliyev küçəsi, 53 saylı evdə qətlə yetirilmiş iki nəfərin iylənmiş meyitinin aşkar edilməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib və qətlə yetirilən şəxslərin ev sahibi 44 yaşlı Bəkir Musayev və onun dostu, 54 yaşlı Sabir Abbasov olmaları müəyyənləşib.

Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs küt alətlə öldürülüb. Onların kimin tərəfindən və hansı məqsədlə qətlə yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600